Fransa yığmasının keçmiş qapıçısı Fabyen Bartez yeni ildən etibarən yeni işinə başlayacaq. Futbolinfo.az xəbər verir ki, onun iş yeri Parisin PSJ klubu olacaq.
 
Bartez paytaxt təmsilçisində qapıçıların məsləhətçisi vəzifəsində çalışacaq. 42 yaşlı sabiq futbolçu klubun bütün yaş qruplarından olan qolkiperlərə görə məsuliyyət daşıyacaq. Dəvətin əsas səbəbkarı komandanın baş məşqçisi Loran Blandı.
 
Xatırladaq ki, Bartez son olaraq avtomobil yarışları ilə məşğul olurdu.
Shares: