Zaqatalanın "Simurq" klubu qış təlim-məşq toplanışını Türkiyənin Antalya şəhərində keçirəcək. Klubun mətbuat xidmətindən futbolinfo.az saytına verilən məlumata görə, komanda yanvarın 8-də yola düşəcək.
 
Bundan başqa "Simurq"un istirahət vaxtı da müəyyənləşib. Belə ki, Zaqatala klubu "Rəvan"la görüşdən sonra istirahətə çəkiləcək. Əcnəbi futbolçular fürsətdən istifadə edən əcnəbi futbolçular vətənlərinə yollanacaqlar. Legionerlər Antalyada keçiriləcək təlim-məşq toplanışına birbaşa öz vətənindən yollanacaq.
Shares: