"Qalatasaray" klubunun hücumçusu Didye Droqba sabiq baş məşqçisi Joze Mourinyo haqda xoş sözlər deyib. Futbolinfo.az xəbər verir ki, afrikalı qolçu portuqal mütəxəssisin onu Avropanın ən yaxşısı etdiyini bildirib:
“Çelsi" məni transfer edərkən oyunumu izləməyə Mourinyo özü gəlmişdi. O, mənə "əgər Tyeri Anri və Rud van Nistelroy kimi ulduz futbolçu olmaq istəyirsənsə, "Çelsi"yə gəlməlisən" dedi. Bəli, mən Fransada yaxşı oyunçu idim. Lakin Mourinyo məni Avropanın ən yaxşısı etdi. Bu səbəbdən onun üçün dünyanın sonuna qədər gedə bilərəm".
Qeyd edək ki, 2004-12-ci illərdə "Çelsi"nin şərəfini qoruyan Droqba keçirdiyi 371 oyunda 157 qola imza atıb.





