"Atletiko" (Madrid) klubu "Beşiktaş"ın hücumçusu Uqo Almeydanı transfer etməkdə israrlıdı. Futbolinfo.az xəbər verir ki, Madrid təmsilçisi portuqaliyalı futbolçunun transferi ilə bağlı yenidən "Beşiktaş"a müraciət edib.
 
"Atletiko" Almeydanın keçidi üçün 3 milyon avrosundan keçməyə hazırdı. İstanbul təmsilçisi də 29 yaşlı futbolçunu komandada saxlamağı planlaşdırır. Lakin Almeydanın komandası ilə müqavilə yeniləmək istəmədiyi və mövsümün sonunda "Beşiktaş"dan gedəcəyi bildirilir.
 
2011-ci ildən "Beşiktaş"ın formasını geyinən Almeyda keçirdiyi 71 oyunda 34 dəfə rəqib qapılarına yol tapıb.
Shares: