Futbol üzrə Azərbaycan yığmasının qapıçılarla işləyən məşqçisi Uli Ştayn AFFA və Berti Foqts arasında mövcud müqavilənin müddətinin artırılmasına münasibətini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, o, "Sky Sports"a açıqlamasında bunları söyləyib:
 
“Hələ yayda tərəflər razılığa gəlmişdi ki, müqavilənin müddəti artırılmayacaq. Ancaq komanda təsnifat mərhələsində üç oyunu uğurla keçirdikdən sonra, hər iki tərəf məsələyə yenidən baxmaq qərarına gəldi. Azərbaycanda futbol yüksəlişdədi. Son bir neçə ildə biz komandanı xeyli cavanlaşdırmışıq. Ötən seçmə mərhələdə cəmi üç oyunda məğlub olmuşuq. Biz hamını təəccübləndirə biləcək komanda toplayırıq”.
Shares: