Son günlərdə "Xəzər Lənkəran"dan gedəcəyi xəbərləri dolaşan gənc qapıçı Orxan Sadıqlı komandada qalmağa qərar verib. Futbolinfo.az xəbər verir ki, qolkiperlə danışıqlardan sonra klub onunla 3 illik mqavilə imzalayıb.
Bu xəbəri saytımıza açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da təsdiqləyib. Klub rəsmisi bildirib ki, Orxanla razılığa gəlinib və o qarşıda 3 ili "Xəzər Lənkəran"da keçirəcək.





