"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində qarşılaşdıqları "İnter"lə oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, ağdamlıların çalışdırıcısı 2:0 hesabıyla başa çatan görüşdən sonra bunları söyləyib:
 
“Maraqlı və sürətli oyun izlədik. Rəqib taktikanı həmişə dəyişən komandadı, yaxşı komandadı. Qalib gəlib qış fasiləsinə yüksək əhval-ruhiyyədə gedirik”.
Shares: