“Yuventus"un qolçusu Karlos Teves "Qızıl Top" mükafatı üçün favoritini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, argentinalı hücumçu builki mükafata "Bavariya"nın aparıcı oyunçusu Frank Riberinin daha çox layiq olduğunu deyib:
"Hər il bu mükafat uğrunda mübarizə Messi ilə Ronaldo arasında gedir. Amma mən olsam, builki mükafatı Riberiyə verərdim. O, "Qızıl Top"u haqq edir".
Teves cari mövsümün əvvəlindən “Yuventus”da çıxış edir.





