Boliviya çempionu "Bolivar" futbolçu karyerasını ötən mövsüm başa vuram Devid Bekhemə "elçi" düşüb. Futbolinfo.az xəbər verir ki, klubun milyarder prezidenti Marseloba Klaur deyib ki, sabiq yarımmüdafiəçini komandasında görmək istəyirlər.
 
Bunda məqsəd “Bolivar”ı beynəlxalq aləmdə tanıtmaqdı.
 
Ölkənin baş naziri Quido Loayza 38 yaşlı Bekhemi Libertadores kubokunda bir neçə matçlıq olsa belə görmək istədiyini deyib. Keçmiş futbolçunun isə bu təklifə necə cavab verəcəyi maraqla gözlənilir.
Shares: