“Fənərbaxça”nın sabiq baş məşqçisi Aykut Kocaman İtaliya A seriyasında çalışa bilər. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis “Latsio”nun maraq dairəsinə düşüb.
 
Yanvarda komandanın hazırkı çalışdırıcısı Mihayl Petkoviçlə yolları ayırmağa hazırlaşan İtaliya təmsilçisi boş qalmış posta türkiyəli mütəxəssisi gətirmək istəyir.
 
Roma klubunun nümayəndələri də Kocamanla maraqlandıqlarını təsdiqləyib.
 
Qeyd edək ki, Kocamanı Marsel "Olimpik”inin də transfer etmək istədiyi iddia olunur.
Shares: