İsveç millisinin hücumçusu Zlatan İbrahimoviç qarşıdakı dünya çempionatı ilə bağlı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, PSJ klubunun şərəfini qoruyan forvard mundialın bütün oyunlarını izləməyəcəyini deyib:
"Əlbəttə, dünya çempionatının bəzi oyunlarını izləyəcəyəm. Ancaq tez evə qaçıb, televiziyanın qarşısında oturmayacam. Orada iştirak edə bilməmək mənə pis təsir edəcək. Lakin buna dözməliyəm. Yavaş-yavaş bu stresi üzərimdən atacam. Düşünürəm ki, dünya çempionatı başlayarkən bu, mənə daha çox təsir edəcək".
Qeyd edək ki, İsveç millisi pley-offda Portuqaliyaya məğlub olaraq dünya çempionatında iştirak hüququnu itirmişdi.





