Futbol üzrə Almaniya çempionatında 17-ci tur həyacanı davam edir. Futbolinfo.az xəbər verir ki, turun əksər qarşılaşmaları 2-ci oyun günündə baş tutub.
Dortmund "Borussiya"sı evdə "Herta"ya uduzub. "Verder" "Bayer"i, "Braunşveyq" isə "Hoffenhaym"ı minimal hesabla məğlub yola salıb. "Frayburq" "Hannover" üzərində qələbəyə sevinib. "Hamburq" doğma meydanda "Maynts"a uduzub. "Nurnberq" – "Şalke" görüşündə isə qalib müəyyənləşməyib.
Tura bu gün keçiriləcək bir oyunla yekun vurulacaq.
Almaniya Bundesliqası
17-ci tur
20 dekabr
Ayntraxt – Auqsburq – 1:1
Qollar: Rozental, 42 – Bobadilla, 33.
21 dekabr
Borussiya (Dortmund) – Herta – 1:2
Qollar: Roys, 7 – Ramos, 23, Allaquy, 45.
Braunşveyq – Hoffenhaym – 1:0
Qol: Torsten, 29-pen.
Frayburq – Hannover – 2:1
Qollar: Mehmedi, 25; 36 – Bittenkur, 90.
Hamburq – Maynts – 2:3
Qollar: Calhanoğlu, 21, Van der Vaart, 79 – Okazaki, 47; 90, Müller, 50.
Verder – Bayer – 1:0
Qol: Qarsiya, 74.
Nurnberg – Şalke – 0:0
22 dekabr
18:30. Borussiya (Münhenqladbax) – Volfsburq
| 1 | Bavariya | 16 | 14 | 2 | 0 | 42 | 8 | +34 | 44 |
| 2 | Bayer | 17 | 12 | 1 | 4 | 32 | 16 | +16 | 37 |
| 3 | Borussiya D | 17 | 10 | 2 | 5 | 38 | 20 | +18 | 32 |
| 4 | Borussiya M | 16 | 10 | 2 | 4 | 33 | 17 | +16 | 32 |
| 5 | Volfsburq | 16 | 9 | 2 | 5 | 26 | 17 | +9 | 29 |
| 6 | Herta | 17 | 8 | 4 | 5 | 27 | 20 | +7 | 28 |
| 7 | Şalke | 17 | 8 | 4 | 5 | 32 | 28 | +4 | 28 |
| 8 | Auqsburq | 17 | 7 | 3 | 7 | 21 | 25 | –4 | 24 |
| 9 | Maynts | 17 | 7 | 3 | 7 | 25 | 31 | –6 | 24 |
| 10 | Ştuttqart | 16 | 5 | 4 | 7 | 29 | 31 | –2 | 19 |
| 11 | Verder | 17 | 5 | 4 | 8 | 22 | 37 | –15 | 19 |
| 12 | Hoffenhaym | 17 | 4 | 6 | 7 | 36 | 38 | –2 | 18 |
| 13 | Hannover | 17 | 5 | 3 | 9 | 23 | 31 | –8 | 18 |
| 14 | Hamburq | 17 | 4 | 4 | 9 | 33 | 38 | –5 | 16 |
| 15 | Ayntraxt | 17 | 3 | 6 | 8 | 20 | 29 | –9 | 15 |
| 16 | Frayburq | 17 | 3 | 5 | 9 | 16 | 31 | –15 | 14 |
| 17 | Nürnberq | 17 | 0 | 11 | 6 | 17 | 33 | –16 | 11 |
| 18 | Braunşveyq | 17 | 3 | 2 | 12 | 10 | 32 | –22 | 11 |





