İngiltərə yığmasının keçmiş baş məşqçisi Sven Yoran Erikson yenidən bu ölkəyə qayıda bilər. Amma yığmanı çalışdırmaq üçün yox, premyer-liqada çətin günlər keçirən “Kardiff”i çalışdırmaq üçün.
 
Futbolinfo.az xəbər verir ki, bu barədə Britaniya mətbuatı məlumat verib. Çox güman ki, hazırki baş məşqçi Malki Makkey 17-ci turda “Liverpul”la oyundan sonra istefaya göndəriləcək. Hazırda 65 yaşlı isveçli mütəxəssis Quançjou Fili komandasını çalışdırır.
Shares: