Bu gün "İmarət" azad azarkeş qrupu ənənəvi olaraq ilin hesabat tədbirini keçirib. Futbolinfo.az xəbəf verir ki, "Qafqaz Point Hotel"də baş tutan tədbirə "Qarabağ" komandasının kapitanı Rəşad Sadıqov azarkeşlər tərəfindən "Qarabağ" adına sadiq qaldığı üçün "ən sadiq futbolçu" nominasiyasına layiq görülüb.
Rəşad Sadıqov tədbirdə söz alaraq bunları deyib: "Məni bu mükafata layiq gördüyü üçün azarkeşlərə təşəkkürümü bildirirəm. Futbolçu karyerama "Turan"da başlamışam. Daha sonra "Neftçi"də oynadım. "Qarabağ"a transfer olmağım mənim üçün ən xoş hadisə idi. Özüm Kəlbəcərdən olduğum üçün, Qarabağ adına çox bağlıyam. Futbolçu karyeramı burada başa vurub, "Qarabağ"da qalmaq fikrindəyəm".





