Azərbaycan millisinin baş məşqçisi Berti Foqts Almaniya mətbuatına danışıb. Futbolinfo.az xəbər verir ki, Foqts həmyerliləri ilə söhbətində pulun onun üçün əhəmiyyət daşımadığını bildirib:

“Pul mənim üçün heç vaxt önəmli olmayıb. Futbolçu vaxtlarımda həmişə 4-5 illik müqavilələrə imza atardım. Başqa bir oyunçunun məndən daha çox pul alması məni narahat etmirdi”.

Bundan başqa alman mütəxəssis futbolçu kimi şərəfini qoruduğu Münxenqladbax "Borussiya"sından da söz açıb: "Hələ heç nə başa çatmayıb. "Borussiya" xarici ölkələrdə yaxşı tanınan klubdu. Bir sıra uğurlu transferlər həyata keçirir. Komandanın inamlı mübarizə aparması köhnə "Borussiya" fəlsəfəsini xatırladır".

Shares: