Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Futbolinfo.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 15-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Göyəzən” – “Neftçala” matçının 65-ci dəqiqəsində “Neftçala”nın futbolçusu Novruz Rəhimov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Karvan” – “Ağsu” matçında “Karvan”ın 4 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Araz Naxçıvan” – “Qaradağ Lökbatan” matçında “Qaradağ Lökbatan”ın 5 futbolçusu sarı vərəqə cəzalandığı üçün klub 100 manat cərimə olunub.





