"Tottenhem"in yeni baş məşqçisinin adı məlum olub. Andre Villaş-Boaşı istefaya göndərən rəhbərlik onun yerinə yeni sima gətirməyib. Futbolinfo.az xəbər verir ki, komandanı elə Villaş-Boaşa köməkçilik edən Tim Şervud çalışdıracaq.
44 yaşlı məşqçi ilə 2014/2015 mövsümünün sonuna qədər müqavilə imzalanıb.
Qeyd edək ki, Şervud 1999-2003-cü illərdə də London klubunda baş məşqçi kimi işləyib.





