"Mançester Yunayted" klubunun portuqal yarımmüdafiəçisi Luiş Naninin komandadan ayrılacağına dair xəbərlər tükənmir. Futbolinfo.az xəbər verir ki, Avropa mətbuatı onun karyerasını İtaliyada davam etdirəcəyini yazıb.
27 yaşlı futbolçunun "Yuventus"a keçidi gündəmdədi. Turin təmsilçisi yanvarda Nani ilə rəsmi danışıqlara başlayacaq. "Mançester Yunayted"in əsas heyətindən kənarda qalan təcrübəli futbolçunun da "Yuventus"un təklifini müsbət qarşıladığı bildirilir.
Nani bu mövsüm keçirdiyi 9 oyunda cəmi bir qola imza atıb.





