"Bavariya"nın ispan futbolçusu Tyaqo Alkantara maraqlı açıqlama verib. Futbolinfo.az xəbər verir ki, vaxtilə “Barselona”nın şərəfini qorumuş hücumçu Kataloniyadakı günlər üçün darıxdığını deyib.
Alkantara “Qızıl Top” mükafatına namizədlərdən isə keçmiş komanda yoldaşı Lionel Messini yox, hazırlkı komanda yoldaşı Frank Riberini favorit göstərib: "Barselona"da gözəl günlər yaşadım. Amma artıq "Bavariya"nın futbolçusuyam. Ora üçün darıxıram. Bu ilin ən yaxşı futbolçusu Riberidi. Düzdür, Messi dünyanın ən yaxşı futbolçularındandı. Ancaq bu il "Qızıl top"u Riberi qazanmalıdı”.





