AZAL-ın yarımmüdafiəçisi Cavid Tağıyevin futbolinfo.az sayıtına müsahibəsi
 
– Qış fasiləsi ərəfəsindəki son oyununuzda “Neftçi”yə qalib gəldiniz. Belə bir uğur qazanacağınızı gözləyirdiz?
– Sevinirəm ki, qalib gəldik. “Neftçi” güclü rəqibdi. Ona görə də çətin oldu. Amma ilin son oyununda qalib gəlmək yaxşı oldu. Fasiləyə yaxşı əhval-ruhiyyədə yollandıq.
 
– Rəqib 9 nəfər qalmasaydı, qalib gələ biləcəkdiz?
– Mənə elə gəlir ki, hakimin qərarları doğru idi. Ola bilər ki, referi səhv etsin. Əgər qırmızılar da olmasaydı, biz sona qədər mübarizə aparmalıydıq. Deyərdim ki, bu oyun bizim üçün ölüm-qalım mübarizəsi idi.
 
– “Simurq”la oyundakı 0:3 hesablı məğlubiyyətə görə sizin üçün bu oyun ölüm-qalım mübarizəsinə çevrilmişdi?
– Hər komandada belə oyunlar olur. Çempionatda mübarizə aparan, çempionluq üçün oynayan komandalar heç belə məğlub olmayıb? Zaqatalada oyunumuz heç alınmadı. AZAL bir oyun pis oynayan kimi hamı bunu qabardır. Amma futbolda belə şeylər olur.
 
– Çempionata yaxşı başlamışdız, amma davamını gətirə bilmədiz…
– Fikrimcə, çempionatda pis oynamırıq. Sadəcə, Zaqatala səfərində məğlub olduq deyə bunu çox şişirtmək lazım deyil. Onun əvəzini “Neftçi” ilə oyunda çıxdıq.
 
– 18 turu AZAL üçün necə dəyərləndirirsiz?
– Bizim üçün normal keçdi. Yaxşi oyunlarımız çox oldu. Ümumi götürəndə, çıxışmızı nə yaxşı adlandırmaq olar, nə də pis.
 
ELSEVƏR
Shares: