Braziliya millisinin baş məşqçisi Luis Felipe Skolari "Milan"ın futbolçusu Kakanın yenidən yığmada oynaya biləcəyini iddia edib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis bunun daha çox futbolçunun özündən asılı olduğunu bildirib:
 
"Hər bir futbolçu üçün mütəmadi oynamaq vacibdi. Kaka üçün də həmçinin. Əgər o klubunda daim oynasa, milliyə də çağırıla bilər. Bu daha çox onun özündən asılıdır. Ümumilikdə bütün futbolçuların yığmada oynamaq şansı var".
 
Kaka sonuncu dəfə yığmanın formasını 8 ay bundan qabaq geyinib.
Shares: