"Barselona" klubu komandanın aparıcı futbolçusu Andres İniyesta ilə rəsmən müqaviləni yeniləyib. Futbolinfo.az xəbər verir ki, 29 yaşlı futbolçu komandasıyla 5 illik sözləşmə imzalayıb. 2018-ci ilə qədər "Barselona"nın şərəfini qoruyacaq İniyesta Lionel Messidən sonra komandanın ən çox qazanan futbolçusu olub.
 
Qeyd edək ki, 2002-ci ildən "Barselona"nın əsas komandasında çıxış edən İniyesta Kataloniya təmsilçisi ilə 21 titul qazanıb.
Shares: