"Bavariya"nın aparıcı futbolçusu Aryen Robben gələcək karyerası haqda danışıb. Futbolinfo.az xəbər verir ki, holland hücumçu daha üç il peşakər səviyyədə futbol oynamaq istədiyini deyib:
 
"Bavariya"da mənə dəyər verirlər. Burada mənim Xosep Qvardiola kimi mükəmməl baş məşqçim var. O, 30 yaşlı futbolçunu belə dəyişdirib, daha təhlükəli etməyi bacarır. Daha üç il yüksək səviyyədə futbol oynamaq istəyirəm".
 
Robben həmçinin qeyd edib ki, komandası ilə 2015-ci ildə bitəcək müqaviləsini yeniləmək niyyətindədi.
Shares: