Azərbaycan Premyer Liqasında fasiləyə az qalmış “Sumqayıt”dan qovulan Vüqar Əsgərov hazırda klubsuzdu. Futbolinfo.az xəbər verir ki, bir müddət millimizdə də top qovmuş hücumçunun hansı kluba gedəcəyi maraqla gözlənilir.
Forvard gələcək planları barədə saytımıza danışıb: “Hansı klubda oynayacağamı hələ bilmirəm. Buna yanvarda qərar verəcəyik. Azərbaycanda qalıb oynamaq fikrindəyəm. İndi Latviyadam, amma Azərbaycana qayıdacam. “Sumqayıt”la pulla bağlı problemim olmayıb. Mən oradan öz problemlərimə görə ayrılmışam. “Sumqayıt”ın prezidenti ilə danışdıq və razılaşdıq. Sonra klubdan ayrıldım. Söhbət pul məsələsi deyil”.





