İngiltərənin nüfuzlu "The Guardian" qəzeti ilin ən yaxşı 100 futbolçusunu müəyyənləşdirib. Futbolinfo.az xəbər verir ki, qəzetin hazırladığı siyahıda birinci pillənin sahibi "Barselona"nın hücumçusu Lionel Messi olub.
 
Argentinalının əsas rəqibi Kriştianu Ronaldo ("Real" Madrid) ikinci, Zlatan İbrahimoviç (PSJ) üçüncü yerə layiq görülüb. "Qızıl top"a namizədlərdən olan Frank Riberi isə dördüncü pillə ilə kifayətlənib. İlk onluğu müvafiq olaraq Andres İnyesta, Neymar (hər ikisi "Barselona"), Qaret Beyl ("Real" Madrid), Xavi (Barselona), Luis Suares (Liverpul) və Serxio Aquero (Mançester Siti) tamamlayıb.
Shares: