İtaliyanın nüfuzlu "La Gazzetta Dello Sport" qəzeti ilin rəmzi yığmasını hazırlayıb. Futbolinfo.az xəbər verir ki, siyahıya 2013-cü ildə mübarizə apardığı bütün turnirlərdə qalib olan "Bavariya" oyunçu daxil edib.
Diqqət çəkən məqamlardan biri isə son 4 ildə planetin ən yaxşı futbolçusu seçilən Lionel Messinin “11-liy”ə düşə bilməməsi olub.
Rəmzi yığmanı təqdim edirik.
Qapıçı: Manuel Noyer, (Bavariya)
Müdafiəçilər: Filipp Lam, David Alaba (hər ikisi "Bavariya"), Neven Subotiç ("Borussiya" Dortmund), Tyaqo Silva (PSJ).
Yarımmüdafiəçilər: Bastiyan Şvaynştayger, Frank Riberi (hər ikisi "Bavariya"), İlkay Gündoğan ("Borussiya" Dortmund), Eden Hazard (Çelsi),
Hücumçular: Kriştianu Ronaldo ("Real" Madrid), Robert Levandovski ("Borussiya" Dortmund).





