Türkiyənin "Beşiktaş" klubu qış fasiləsi yaxınlaşdıqca bir-bir yollarını ayıracağı futbolçuları müəyyənləşdirməyə başlayıb. Futbolinfo.az xəbər verir ki, Manuel Fernandesdən sonra bu dəfə də braziliyalı forvard Dentinyonun göndərilməsinə qərar verilib.

Bu barədə klub rəsmisi Əhməd Kavalçı mətbuata rəsmi açıqlama verib: "Dentinyo ümidlərimizi doğrultmadı. Onsuz da yanvarda Dentinyo ilə müqaviləmiz başa çatacaqdı. Buna görə də indidən onunla yolları ayırmaq qərarına gəldik. Həftəsonu Dentinyo klubdan ayrılacaq".

Qeyd edək ki, 24 yaşlı hücumçu bu ilin yanvarında Ukrayna "Şaxtyor"undan icarəyə götürülmüşdü.

Shares: