Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun "Bild" nəşrinə müsahibəsinin 2-ci hissəsi işıq üzü görüb. Futbolinfo.az xəbər verir ki, bu dəfə Foqtsun "Bavariya" və Almaniya yığması haqda dedikləri nəşr olunub:
"Mən Münxenqladbax "Borussiya"sına azarkeşlik edirəm. Bu futbolçular ürəklə oynayır. Lakin "Bavariya" da güclü klubdu. Digər Bundesliqa klublarının Münhen klubu ilə ayaqlaşması mümkün deyil. Milliyə gəldikdə isə, Almaniyanın yenidən titul qazanması, üçün vaxt lazımdı".





