Qış transfer pəncərəsində yeni futbolçuları heyətinə qatmağa hazırlaşan "Sumqayıt" transfer çalışmalarına davam edir. Futbolinfo.az xəbər verir ki, Ramil Mansurovu heyətinə qatan "kimyaçılar" daha iki legioner futbolçunu heyətinə qatmaq niyyətindədi.

 
Bu barədə saytımıza açıqlamasında sözügedən klubun baş məşqçisi Aqil Məmmədov danışıb: "Transferlərimiz əsasən hücum mövqeyinə olacaq. Dünən Ramil Mansurovla 2 illik müqavilə imzaladıq. Tərzin Cahangirovla da ilkin razılıq əldə etmişik. Şəhriyar Xəlilov da komandamıza baxışa gələcək. Bundan başqa Rusiyanın ikinci divizionundan iki futbolçu baxışda olacaq".

Shares: