İtaliyanın "Latsio" klubunun hücumçusu Miroslav Kloze maraqlı açıqlamaları ilə gündəmə gəlib. Futbolinfo.az xəbər verir ki, Almaniya millisinin ən məhsuldar üzvü futbolu balıqçılıqla müqayisə edib:

"Atam balıqçıdı. İlk dəfə 14 yaşım olarkən onunla balıq tutmağa getmişdim. O zamanlar ailəm Fransanın cənubunda istirahətdə idi. Biz dənizə çıxdıq və balıq tutmağa cəhd etdik. Lakin geriyə əliboş qayıtmışdıq. Balıq tutmağı futbolla müqayisə etmək olarmı? Maraqlı sualdı. Amma məncə, olar. Çünki həm orda, həm də futbolda öz şansını gözləməlisən. Bu da insanı xəstə edir".

Qeyd edək ki, Kloze 2011-ci ildən “Latsio”da çıxış edir.

Shares: