AZAL-ın yarımmüdafiəçisi Viktor İqbekoyenin Futbolinfo.az saytına müsahibəsi
– Zədəniz sağalıb?
– Yaxşıya doğru gedir, Amerikada da müalicə olunuram. Yavaş-yavaş özümü daha yaxşı hiss edirəm.
– Nə vaxt meydana dönəcəksiz?
– Bu ən azı bir ay çəkəcək. Ancaq zədəm bu müddətə bərpa olunar.
– AZAL-ın Antalyadakı toplanışına qatıla biləcəksiz?
– Düşünürəm ki, qatıla bilərəm. Öz həkimimlə ora gələcəm.
– Premyer Liqanın ilk hissəsi bitdi. AZAL necə çıxış etdi?
– Məncə, pis keçmədi. Yaxşı oyunlarımız oldu. Pis də oyunlarımız oldu. Amma ümumi götürəndə pis deyil.
– Bəs, çempionatın ikinci yarısından nə gözləyirsiz?
– İnanıram ki, bizim üçün daha yaxşı olacaq. Daha da yuxarı pillələrə irəliləməyə çalışacağıq.
– AZAL-ın yeni futbolçulara ehtiyacı var?
– Düşünürəm ki, var. Amma daha yaxşısını baş məşqçimiz və rəhbərlik bilər.
– Famenko və Freddi Borq artıq komandanı tərk edib. Sizcə, onlar AZAL-a xeyir verə bildilərmi?
– Bunu baş məşqçimizdən soruşsanız daha yaxşı olar. Mən həmkarım haqqında nəsə demək istəmirəm.
ELSEVƏR





