PSJ-nin futbolçusu Xavyer Pastore yeni ildən etibarən bir vaxtlar çıxış etdiyi İtaliya A seriyasına qayıdacaq. Futbolinfo.az xəbər verir ki, amma bu dəfə “Palermo”ya yox, “İnter”ə. 2011-ci ildə Fransa klubuna keçən argentinalı barədəki xəbəri "La Gazetta dello Sport" yayıb.
Xəbərə görə, artıq hər iki klubun prezidenti razılığa gəlib. 24 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər icarə əsasında "İnter"də çıxış edəcək. “Neradzurra” futbolçunun çıxışını bəyənsə, yayda onu birdəfəlik heyətinə qatacaq.





