DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan – Rusiya görüşü (1:1), Rusiyada bütün idman yayımları arasında ikinci pilləni tutub. Futbolinfo.az xəbər verir ki, bu oyun 7,3% reytinq (19,6% pay) yığıb.
Qeyd edək ki, reytinq siyahısına Rusiya klublarının Avropa Liqası və Çempionlar Liqasındakı oyunlar da daxil edilib. Birinci pilləni isə boksçular Aleksandr Povetkin və Vladimir Kliçko arasında keçirilmiş görüşün yayımı tutub – 8,7% (33%).





