Millimizin və "Bakı"nın şərəfini qoruyan Cavid Hüseynov əməliyyat olunub. Futbolinfo.az xəbər verir ki, futbolçunun əməliyyətinə səbəb zədə deyil.
Belə ki, Hüseynov damar genişlənməsi səbəbindən cərrah masasına uzanacaq. Paytaxt klubunun üzvünün nə vaxt yaşıl meydanlara qayıdacağı bilinmir.
Qeyd edək ki, Hüseynovdan başqa millimizin digər bir üzvü Rəşad Sadıqov da əməliyyat olunmuşdu.





