"Qalatasaray" stadionla bağlı yeni problemlə üzləşib. Futbolinfo.az xəbər verir ki, Türkiyənin Gənclər və İdman Nazirliyi "sarı-qırmızılar"a xəbərdarlıq göndərib.
Belə ki, buna səbəb "cim-bom"un ev oyunlarını keçirdiyi "Türk Telekom Arena"nın üstünün hələ də bağlanmamasıdı. Stadion inşa edildikdən sonra "Qalatasaray" arenanın üstünü tez bir zamanda örtəcəyinə söz versə də, hələ də bunu reallaşdırmayıb. Nazirlik kluba 30 gün vaxt verib. Əgər bu müddətdə tələb yerinə yetirilməsə, "TT Arena" komandanın əlindən alına bilər.





