Heyətdəki legionerlərin çoxluğuna görə, yeni transferlərə yer aça bilməyən "Qalatasaray" problemi aradan qaldırmaq üçün çalışmalara başlayıb. Futbolinfo.az xəbər verir ki, artıq baş məşqçi Roberto Mançininin göstərişi ilə bəzi əcnəbilərin göndərilməsinə başlanılıb.
İlk “qurban” kamerunlu stopper Dani Nounkeu olub. Müdafiəçi "Karabükspor"a icarəyə göndərilib. Nounkeu mövsümün sonuna qədər "Karabükspor"da forma geyəcək.
Qeyd edək ki, 27 yaşlı futbolçu “Qalatasaray"a 2012-ci ildə “Qaziantepspor”dan transfer olunmuşdu.





