“Bavariya”nın çalışdırıcısı Xosep Qvardiola Dubayda keçirilən beynəlxalq idman konfransında səsləndirdiyi fikirlərlə diqqət çəkib. Futbolinfo.az xəbər verir ki, təcrübəli mütəxəssis hələ 26 yaşında olarkən məşqçi olacağına qərar verdiyini dilə gətirib:
 
"Məşqçi kimi irəli gətmək üçün futbolçularının keyfiyyətinə bələd olmalısan. Soruşursunuz ki, mənim sevimli taktiki sxemim hansıdı? Bu, konkret oyundan və futbolçulardan asılıdı. Hələ 26 yaşım olanda mən məşqçi olacağıma qərar verdim. Məhz məşqçi. İdman direktoru və ya başqa vəzifə ağlımdan da keçmədi”.
Shares: