"Rəvan”ın qış fasiləsi üçün hazırlıq planı çərçivəsində yanvarın 5-də toplaşacağını xəbər vermişdik. Onu da qeyd etmişdik ki, hazırlığın ilk mərhələsində – 5-12 yanvar aralığında komanda Mərdəkandakı "Dalğa Arena”da hazırlıqlaşacaq.
 
Yanvarın 14-dən 26-na qədər isə hazırlıqlar Türkiyənin Antalya şəhərində davam etdiriləcək. Futbolinfo.az xəbər verir ki, artıq komandanın qardaş ölkədə məskunlaşacağı məkan da müəyyənləşib. Belə ki, "Rəvan” Antalyada 5 ulduzlu "Rixos Lares Hotel”də qalacaq. Antalyanın cənub-şərqindəki, Aralıq dənizinin sahilində yerləşən Lara bölgəsindəki mehmanxananın əsas üstünlüklərindən biri bilavasitə otelin yaxınlığında bir neçə futbol meydançasının olmasıdır. Paytaxt təmsilçisi orada 4 yoxlama görüşü keçirməyi planlaşdırılır. Amma hələ ki, rəqiblər dəqiqləşməyib. (klub saytı)
Shares: