İsveçrənin “Bazel” komandasına son illər ciddi uğurlar qazandıran baş məşqçi Murat Yakın bu səbəbdən də “böyük beşlik” ölkələrinin klublarının maraq dairəsinə düşüb. Xüsusilə də, çalışdırıclarıyla yollarını ayıran komandalar türk əsilli mütəxəssislə anıaşmaq istəyir.
 
Futbolinfo.az xəbər verir ki, belələrindən biri də bundesliqada çətin günlər yaşayan “Hannover”di. Lakin Almaniya təmsilçisi çox çalışsa da, Yakın təklifiə müsbət cavab verməyib. Çalışdırıcı “Bild” qəzetinə müsahibəsində “Hannover”in təklifinin maraqlı olduğunu, lakin “Bazel”dəki missiyasının hələ başa çatmadığını qeyd edib.
 
Xatırladaq ki, “Hannover” ötən günlərdə Mirko Slomkanı istefaya göndərmişdi.
Shares: