"Barselona" qış transfer pəncərəsində "Borussiya"nın (Dortmund) futbolçusu Robert Levandovskini heyətinə qatmağa hazırlaşır. Futbolinfo.az xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Xerardo Martino rəhbərlikdən komandaya yeni hücumçu gətirilməsini istəyib. "Barsa"nın transfer etmək istədiyi oyunçunun məhz polşalı futbolçu olduğu bildirilib.
 
"Mundo Deportivo" qəzeti isə iddia edib ki, Dortmund təmsilçisi Levandovskinin mövsümün sonunda "Bavariya"ya transferinin qarşısını almaq üçün yanvar ayında onun Kataloniya klubuna getməsinə razılıq verəcək.
Shares: