Bu gün Almaniya və Türkiyə mətbuatı bənzər xəbərlərlə çıxış edib. Futbolinfo.az xəbər verir ki, əsas qol silahı Robert Levandovskini “Bavariya”ya göndərən Dortumnd "Borussiya"sı onun əvəzləyicisini Türkiyə superliqasından tapıb.
 
Söhbət “Qalatasaray”ın şərəfini qoruyan Burak Yılmazdan gedir. “Sarı-qırmızılar”ın qolçusu mövsümün sonunda klubdan ayrılacaq Levanın yerinə alına bilər. Burakın transferində istəkli olan şəxsin isə baş məqşçi Yürgen Klopp olduğu deyilir.
 
Yılmazla "Arsenal" və "Latsio" da maraqlanır.
Shares: