Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan "Qəbələ"nin 16 yaşa qədər futbolçulardan ibarət komandası qonşu ölkədə hazırlıqlarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, bu gün toplanış çərçivəsində ilk sınaq matçında Şotlandiya "Hibernian"ı ilə qarşılaşacaq "qırmızı-qaralar" ötən günü 1 məşqlə tamamlayıblar.
 
Baş məşqçi Halim Fıçıcı, məşqçilər Zaur Hacıyev və Yaşar Abuzərovun rəhbərliyi ilə baş tutan hazırlıq prosesində toplu və topsuz çalışmalara yer verilib.
Shares: