Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən FİFA-nın 1-ci vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunmuş 26-cı beynəlxalq turnirdə 1996-97-ci il təvəllüdlü futbolçulardan təşkil olunmuş Azərbaycan yığması bu gün son matçına çıxıb. Futbolinfo.az xəbər verir ki, yığmamız bu gün Belarusla qarşılaşıb.
 
Qeyd edək ki, bu cütün qalibi turniri 13-cü yerdə başa vuracaqdı. Görüşün əsas vaxtında qalib müəyyənləşməyib. Bu üzdən yenə də penaltilərə ehtiyac duyulub. Komandamız yenə qapıçı Ağaseyid Qasımovun fərdi ustalığı sayəsində görüşü qalib başa vurub. O, bu dəfə də 2 penalti dəf edib, ilk penalti vuruşumuzu isə özü dəqiq yerinə yetirib.
 
Xatırladaq ki, yığmamız qrup mərhələsi çərçivəsindəki ilk oyununda Yunanıstanla sülh bağlasa da (1:1), ardından Çexiya (0:2) və Yaponiyaya (1:4) məğlub olmuşdu. Pley-off mərhələsindəki ilk oyununda isə komandamız Latviyaya qalib gəlmişdi – 1:1 (penaltilərlə – 3:0).
 
Valentin Qranatkinin xatirə turniri
11 yanvar
 
Azərbaycan – Belarus – 1:1 (penaltilərlə – 4:2)
 
Matç başladı
Birinci hissə başa çatdı
İkinci hissə başladı
48-ci dəqiqədə Belarus hesabı açır – 0:1
57-ci dəqiqədə yığmamız hesabı bərabərləşdirir – 1:1
78-ci dəqiqədə hər iki komandadan bir futbolçu meydandan qovulur
Matç başa çatdı
Matçın əsas vaxtı 1:1 hesabıyla başa çatdığından, qalib penaltilərlə müəyyənləşəcək
Belarusluların ilk penalti zərbəsini qapıçımız dəf edir – 0:0
Qapıçımızın özünün vurduğu penalti dəqiq olur – 1:0
Rəqibin ikinci penalti vuruşu dəqiq olur – 1:1
Yığmamız yenidən önə keçir – 2:1
Ağaseyid yenə rəqibin penalti vuruşunun qarşısını alır – 2:1
Yığmamızın növbəti cəhdi də uğurlu olur – 3:1
Rəqib penaltidən daha bir qol vurur – 3:2
Yığmamızın son penalti vuruşu da uğurlu olur – 4:2
Beləliklə, millimiz bu görüşdən ümumilikdə 5:3 hesablı qələbə ilə ayrılır və 13-cü olur
Shares: