“Barselona”nın prezidenti Sandro Rosell məhkəməyə verilmə təhlükəsi ilə qarşılaşıb. Futbolinfo.az xəbər verir ki, buna səbəb onun Neymarın “Santos”dan transferi əsnasında sənədlərdə saxtakarlığa yol verdiyi iddiasıdı.
Ötən aylarda məsələ ilə bağlı istintaq açılıb və araşdırma davam edir. Prokurorluq məsələ ilə bağlı bütün dəlillərin toplanmasını tələb edib.
“Barsa”nın sənədlərdəki ödənişin miqdarını azaltdığı və “Santos”a 40 yox, 17 milyon avro ödədiyi iddia olunur.
Kataloniya klubu isə transferdə hər hansı saxtakarlığa yol vermədiyini müdafiə edir.





