“Fənərbaxça”nın təcrübəli ulduzu Əmrə Belözoğlu uzun müddətdən sonra yaşıl meydanlara qayıdır. Futbolinfo.az xəbər verir ki, klubun rəsmi açıqlamasında 32 yaşlı yarımmüdafiəçinin sabahdan etibarən komanda ilə birlikdə məşqlərə başlayacağı qeyd olunub.
 
Lakin o komanda ilə məşqlərə başladıqdan təxminən 2 həftə sonra formasına qovuşacaq. Başqa sözlə desək, futbolçunun Super Liqada “Əskişəhərspor”la qarşılaşmada forma geyəcəyi gözlənilir. Hazırda Əmrənin müalicəsi davam edir.
Shares: