AZAL qış fasiləsindən yararlanaraq hazırlıqlarını Şüvəlanda davam etdirir. Futbolinfo.az saytına açıqlama verən "təyyarəçi"lərin baş məşqçisi Vaqif Sadıqov komandanın hazırlığı haqqında danışıb:
 
"Planlı şəkildə hazırlıqlarımız davam edir. Planlaşdırılmış yoldaşlıq görüşlərində futbolçuların qüvvəsini sınayıram. Sabah "Ağsu" ilə yoxlama oyunu keçirəcəyik. İmkan verəcəm ki, baxışa gələn futbolçular özlərini göstərə bilsinlər. Ayın 25-də isə "Neftçala" ilə qarşılaşacağıq. Həmin oyunda optimal heyətlə meydana çıxacağıq. Düzdü, problemlərimiz var. Bəzi futbolçularımız zədə səbəbi ilə əsas komandada məşq edə bilmir. Ancaq komandada əhval-ruhiyyə yüksək səviyədədi. Futbolçular da yaxşı çalışırlar. Bizim yerli futbolçulara ehtiyacımız var. Baxışda olan futbolçularla bağlı qərarımı ayın 24-də verəcəm".
Shares: