PSJ-nin "Yuventus"un yarımmüdafiəçisi Pol Poqba ilə maraqlandığı haqda məlumat vermişdik. Futbolinfo.az xəbər verir ki, parislilər gözlənilən təklifi reallaşdırıb.
 
Liqa-1 klubu Poqba üçün “Yuventus”a rəsmi şəkildə 70 milyon avroluq təklif göndərib. Ancaq fransız yarımmüdafiəçinin satmaq istəməyən “qoca sinyora” bu təklifi geri çevirib.
 
Xatırladaq ki, Poqbanın “Yuventus”la 2016-ci ilədək müqaviləsi var.
Shares: