"Beşiktaş"ın portuqal futbolçusu Manuel Fernandes İstanbul təmsilçisini tərk etməyə hazırlaşır. Futbolinfo.az xəbər verir ki, o, karyerasını Rusiyada davam etdirəcək.
 
Yarımmüdafiəçinin keçidi mövsüm bitdikdən sonra baş tutacaq. "Lokomotiv" (Moskva) Manuellə razılığa gəlib.
 
Bu haqda Rusiya klubu ilə əməkdaşlıq edən FİFA meneceri Malik Arutyunov Türkiyə mətbuatına danışıb. Onun sözlərinə görə, ötən mövsüm "Lokomotiv" Fernandes üçün "Beşiktaş"a 12 milyon avro təklif etsə də, türk klubundan rədd cavabı alıb. Mövsümün sonunda müqaviləsi başa çatan futbolçu bu dəfə jomandaya havayı keçəcək.
Shares: