“Çelsi”nin forvardı Samuel Eto`o komandanın rəsmi internet səhifəsinə açıqlama verib. Futbolinfo.az xəbər verir ki, o, açıqlamasında “zadəganlar”ı dünyanın ən yaxşı klubu hesab etmədiyini bildirib:
"Ən yaxşı olmasa da, “Çelsi” dünyanın ən yaxşı klublarından biridi. Bütün kubokları ala bilərikmi, bilmirəm. Amma işlər yolunda gedir. Oynamağı sevirəm və şans olduqca komanda yoldaşlarıma kömək oluram. Premyer Liqa ilə digər ölkə çempionatları arasında böyük fərq var. Müqayisə edə bilməzsiniz. Sürətlə adaptasiya olmağa çalışıram və hər şey yolunda gedir. Mənim üçün həyatdakı ən əhəmiyyətli şey çalışmaqdı. Futbol həyatımın bir parçasıdı. Buna görə hər zaman gülümsəyirəm. Ümid edirəm mövsüm “Çelsi” üçün yaxşı bitər”.
Qeyd edək ki, Eto`onun mövsümün sonunda “Çelsi”dən ayrılacağı gözlənilir.





