Məşhur “Deloitte” araşdırma şirkəti ənənəvi olaraq hər il açıqladığı pul liqasının 2013-cü il üçün olan siyahısını dərc edib. Futbolinfo.az xəbər verir ki, bu il də “böyük beşlik” ölkələrinin klubları ilk pillərlərdə özlərinə yer tapıb.
 
Madrid “Real”ı ötən il olduğu kimi liderliyini qoruyub. Onları əzəli rəqibləri “Barselona” izləyir. Ötən mövsüm Avropada at oynadan “Bavariya” bu il böyük sıçrayışla üçüncü yerə çıxıb.
 
Siyahıda azərbaycanlı azarkeşlərin diqqətini çəkəcək daha bir məqam isə ilk 20 komada arasında iki türk klubunun da yer almasıdı. “Qalatasaray” 157 milyon avro gəlirlə 16-cı, “Fənərbaxça” isə 126,4 milyon avro gəlirlə 18-ci pillədə qərarlaşıb.
 
Qeyd edək ki, siyahı hazırlanarkən 3 əsas amil – bilet satışları, stadion gəlirləri və ticari gəlirlər nəzərə alınıb.
 
İlk “onluq” belə formalaşıb (milyon avro ilə):
 
1. “Real” (Madrid, İspaniya) – 518.9 
2. “Barselona” İspaniya) – 482.6 
3. “Bavariya” (Almaniya) – 431.2
4. “Mançester Yunayted” (İngiltərə) – 423.8
5. PSJ (Fransa) – 398.8
6. “Mançester Siti” (İngiltərə” – 316.2 
7. “Çelsi” (İngiltərə) – 303.4 
8. “Arsenal” (İngiltərə) – 284.3 
9. “Yuventus” (İtaliya) – 272.4
10.  “Milan” (İtaliya) – 263.5
Shares: